Dünya

ABŞ Rusiyaya yeni sanksiya tətbiq edəcək

15 Aprel 2018 23:23
0 Şərh     Baxış: 885

ABŞ-ın BMT-dəki daimi səfiri Nikki Heyli Rusiyaya "Suriyaya verdiyi dəstəyə görə" yeni sanksiyalar tətbiq olunacağını açıqlayıb.

Oxu.Az xəbər verir ki, Nikki Heyli bugünkü mətbuat konfransında ABŞ-ın Suriyada keçirdiyi əməliyyat barədə ətraflı məlumat verib.

"Suriyada edəcəklərimiz hələ bitməyib" - deyən Heyli bildirib ki, Əsəd rejimi kimyəvi silahdan yenidən istifadə etsə, ABŞ hərəkətə keçəcək:

"ABŞ Rusiyaya yeni sanksiyalar hazırlayır. Rusiyaya yeni sanksiyaların səbəbi Suriyaya verdiyi dəstəkdir".

Heyli bildirib ki, sanksiyalar bazar ertəsi elan ediləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.