Dünya

Malidə BMT sülhməramlılarının bazasına hücum olub

15 Aprel 2018 20:02
0 Şərh     Baxış: 146

Bu gün Malidə silahlılar BMT sülhməramlılarının bazasına hücum edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Malidə sülhyaratma əməliyyatının (MINUSMA) "Twitter" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yerləşdirilib. 

BMT sülhməramlılarının Timbuktu şəhərindəki bazasına hücum bomba yüklü avtomobilin partladılması və minaatanlarla atəşdən sonra başlayıb. Silahlılarla sülhməramlılar arasında atışma olub. Nəticədə bir sülhməramlı ölüb, 10 sülhməramlı yaralanıb. Hazırda vəziyyət nəzarət altındadır.

"Reuters" agentliyi isə Mali hakimiyyətinə istinadən silahlıların Fransa hərbi bazasına da hücum etdiyi barədə məlumat yayıb.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.