Dünya

"Şərqi Qüds Fələstinin paytaxtıdır" - Səudiyyə Ərəbistanın kralı - VİDEO

15 Aprel 2018 19:53
0 Şərh     Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud Ərəb Dövlətləri Lıqasının zirvə toplantısındakı çıxışında ABŞ prezidenti Donald Trampın ölkənin Tel-Əvivdəki səfirliyinin Yerusəlimə keçirmək qərarını tənqid edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kralın dediyinə görə, Şərqi Qüds Fələstinin paytaxtıdır. "Biz yenə də ABŞ administrasiyasının bu qərarını rədd edirik", -deyə o bildirib.

Səudiyyə Ərəbistanın krali həmçinin bu gün keçirilən sammiti "Əl- Qüds" sammiti adlandırıb.

Qeyd etmək lazımdır ki, bu gün Səudiyyə Ərəbistanın Dahran şəhərində Ərəb dövlətləri liqasının 29-cu sammiti keçirilir. Sammitdə ərəb ölkələrinin liderləri, Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini, BMT-nin baş katibinin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Mistura iştirak edirlər.

Ərəb ölkələrinin liderləri İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi, Suriyadakı vəziyyət, Yəməndə və Liviyada böhran, terrorizmə qarşı mübarizə və gündəlikdə duran digər məsələləri müzakirə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.