Dünya

Putin və Ruhani Suriyanı müzakirə edib

15 Aprel 2018 19:09
0 Şərh     Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya dövlət başçısı Valdimir Putin İran prezidenti Həsən Ruhani ilə Suriya məsələsini telefonda müzakirə edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, liderlər ABŞ liderliyindəki hücum barədə danışıqlar aparıblar və bölgədəki son vəziyyəti dəyərləndiriblər.

Kremlin açıqlamasında deyilir:

"Liderlər ABŞ və müttəfiqlərinin Suriya torpaqlarına təşkil etdiyi raket hücumundan sonra yaranan vəziyyətlə bağlı fikir mübadiləsi ediblər. bu qeyri-qanuni davranışın Suriyadakı siyasi vəziyyəti düzəltmə ümidlərinə ciddi zərər verdiyi qeyd edildi.

Vladimir Putin vurğuladı ki, BMT anlaşmasını çeynəyən bu cür hadisələr davam edəcəyi halda beynəlxalq əlaqələrdə xaos qaçınılmaz olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.