Dünya

"Biz bir daha ABŞ administrasiyasının səfirliyin Qüdsə köçürülməsi barədə qərarını rədd edirik"

15 Aprel 2018 17:49
1 Şərh     Baxış: 1 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səud ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək barədə qərarına görə Amerika prezidenti Donald Trampı tənqid edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bunu Ərəb Dövlətləri Liqasının (ƏDL) zirvə toplantısındakı salamlama nitqində deyib.

Sammit bu gün Suriyadakı vəziyyətin gərginləşməsi fonunda Səudiyyənin Dəhran şəhərində keçirilir.

"Biz bir daha ABŞ administrasiyasının səfirliyin Qüdsə köçürülməsi barədə qərarını rədd edirik", - deyə monarx bildirib.

Səudiyyə kralının sözlərinə görə, "Şərqi Qüds Fələstinin paytaxtıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.