Dünya

Skripalın "Noviçok"la zəhərlənmədiyi məlum oldu

15 Aprel 2018 10:40
2 Şərh     Baxış: 3 835

Kimyəvi Silahın Qadağan Edilməsi Təşkilatının (KSQT) Solsberidə baş vermiş hadisə üzrə məruzəsində bildirilib ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızı Yuliya Skripalın zəhərlənməsində zəhərləyici hərbi maddə "Noviçok"dan istifadə olunmayıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə müsahibəsində "Noviçok" kimyəvi silahı sisteminin istehsalçılarından biri bildirib.

Qeyd edilir ki, britaniyalılar onu "A234" maddəsi ilə eyniləşdirirlər.

"KSQT-nin yüksək tərkibli zəhərli kimyəvi maddədən istifadə olunan dəlilləri sübut edir ki, bu, "Noviçok" olmayıb. Əgər britaniyalıların Skripalın evinin qapısının qulpunda tapdıqları maddə "Noviçok" olsaydı, Skripal bu qapıdan 50 metr uzaqlaşa bilməzdi", - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, əgər Skripalın zəhərlənməsində "Noviçok"dan istifadə olunsaydı, KSQT mütəxəssisləri müxtəlif komponentləri tapardılar. Hansılar ki, bir müddət sonra zəhərsiz maddələrlə parçalanır. 

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Aydlndl · 15 Aprel 12:1910

    Suriya

    Cavab yaz
  • Anonim
    Raul · 15 Aprel 15:1640

    Onda belə çıxır ki, Bundan sonra Rusiya ingiltərəyə nə etsə haqqına edəcək.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.