Dünya

Almaniya və Fransadan Suriya ilə bağlı YENİ TƏKLİF

15 Aprel 2018 09:43
0 Şərh     Baxış: 2 204

Almaniya və Fransa Suriyaüzrə danışıqlarda münaqişənin nizamlanmasını təmin edə biləcək nüfuzlu dövlətlərdən ibarət yeni formatın yaradılmasını təklif ediblər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya XİN rəhbəri Hayko Maas bildirib.   

"Fransa ilə birlikdə siyasi prosesə yeni qüvvə verə biləcək nüfuzlu dövlətlərdən ibarət beynəlxalq formatın yaradılması ilə məşğul olacağıq", - deyə Maas Berlində jurnalistlərə bildirib.  

"Cenevrə, Astana və Soçidəki danışıqlar münaqişənin siyasi nizamlanmasını yaxınlaşdıra bilmədi", - deyə nazir əlavə edib.  

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.