Dünya

Ermənistan müxalifəti İctimai Radionu ələ keçirdi - FOTO

14 Aprel 2018 23:43
0 Şərh     Baxış: 2 811

Radionun binasını tərk edən etirazçılar küçələrə çıxaraq Sarkisyan rejimi əleyhinə şüarlar səsləndirirlər. Hazırda etiraz aksiyası davam edir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, "Vətəndaş müqaviləsi" Birliyi Partiyasının sədri, deputat Nikol Paşinyan bildirib ki, ölkənin İctimai Radiosu Serj Sarkisyanın yaratdığı saxta dövlətin elementidir.

Onun sözlərinə görə, radionun ələ keçirilməsində məqsəd informasiya blokadasına etirazdır.

Radionun binasına elektrik enerjisi kəsilib. Rəqəmsal və respublika daxili "FM" şəbəkəsi formatında efir yayımı bir saatdan artıq dayanıb. Müxalifət nümayəndələri radionun binasını tərk etdikdən sonra rəqəmsal formatda efir bərpa olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.