Dünya

Rusiya Türkiyənin addımlarını "səhv" adlandırdı - Gərginlik artır

14 Aprel 2018 22:38
1 Şərh     Baxış: 5 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rus senator Konstantin Kosaçov Türkiyənin ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyadakı hərbi obyektlərə təşkil olunan hücumu dəstəkləməsinin səhv olduğunu bildirib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Suriyaya təşkil olunan raket hücumu haqqında "Facebook" hesabından açıqlama verən Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov Ankaranın hücuma verdiyi dəstəyi səhv hesab edib.

Kosaçov bildirib ki, Türkiyənin Suriyaya qarşı şikayətləri olduğu aydındır: "Ancaq bu, təcavüzkarlığın artırılması üçün əsas deyil. Türkiyənin də yer aldığı dinc həllin həqiqi yolu Cenevrə danışıqlarına dəstək üçün keçirilən üçlü Astana danışıqlarıdır. Qərblilərin raket hücumu, yalnız xəyalda olan kimyəvi anbarlara deyil, Suriyada həll prosesinə də zərbə vurur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.