Dünya

NATO Suriyaya zərbələri dəstəkləyib

14 Aprel 2018 21:03
0 Şərh     Baxış: 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO-ya üzv ölkələr ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya raket zərbələri endirməsini tam dəstəklərini ifadə ediblər.

Milli.Az "Report"a istinadən bildirir ki,bu barədə təşkilatın baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının təcili iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Alyansın bütün üzvləri Suriyaya endirilən zərbələrə dəstəklərini ifadə ediblər", - deyə o bildirib. Baş katib həmçinin qeyd edib ki, alyans BMT-nin Suriyada sülhə nail olunması səylərini dəstəkləyir və Rusiyanı Dəməşqin Cenevrə prosesində iştirakını təmin etməyə çağırır.

NATO rəhbəri Rusiya, Suriya və İrandan Suriyaya humanitar yardımın çatdırılması üçün imkan yaradılmasını da tələb edib.

"Suriyaya zərbə Dəməşqin kimyəvi silahdan istifadəsi potensialını zəiflədib", - deyə Stoltenberq bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.