Dünya

BMT-nin Təhlükəsizlik Şurasının Suriya ilə bağlı təcili iclası başlayıb

14 Aprel 2018 20:11
0 Şərh     Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın təşəbbüsü ilə ABŞ və müttəfiqlərinin Suriyadakı addımlarını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclası başlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, iclasda ABŞ, Fransa və Britaniyanın Suriyaya raket zərbələri endirməsi müzakirə ediləcək.

Rusiya bu addımı pisləyib. Bu ölkənin dövlət başçısı Vladimir Putin ABŞ-ı və müttəfiqlərini Suriyaya beynəlxalq hüquq normalarını pozaraq hücum etməkdə ittiham edib. Vladimir Putin vurğulayıb ki, zərbələr BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan və Təşkilatın Nizamnaməsi pozulmaqla endirilib. O, baş verənləri terrorizmə qarşı mübarizənin ön planda olan suveren dövlətə qarşı təcavüz aktı adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.