Dünya

Suriya əməliyyatının təfərrüartlarını açıqlandı

14 Aprel 2018 20:08
3 Şərh     Baxış: 1 656

Pentaqonda təşkil olunan brifinqdə aprelin 14-də səhərə yaxın Suriyada həyata keçirilən hərbi əməliyyat haqqında ətraflı məlumat verilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəsmi nümayəndəsi, general Kennet Makkenzi ABŞ, Britaniya və Faransa tərəfindən Suriyadakı hədəflərə 105 raket buraxıldığını deyib: "Zərbə dəqiq müəyyən olunmuş 3 hədəfə endirilib".  

K. Makkenzi Dəməşq ətrafındakı tədqiqat mərkəzinə 76 raket, o cümlədən 57 "Tomahawk" buraxıldığını söyləyib. Onun fikrincə, bu zərbələr Suriya kimyəvi silah proqramını illərlə geri salacaq: "Biz Dəməşqdə, dünyanın ən yaxşı müdafiə olunan hava məkanlarından biri olan yerdə, 3 binanı uğurla məhv etdik". 

İkinci hədəf Homs əyalətinin qərbində yerləşən kimyəvi silah anbarı olub. Bura 22 raket atılıb. Bu hədəf bütün koalisiya qüvvələrini hücumuna məruz qalıb.

Üçüncü hədəf bunker olub və ora 7 raket atılıb. "Bu, uğrulu missiya idi", - deyə general Makkenzi söyləyib. O, ABŞ-ın zərbələri Aralıq və Qırmızı dənizdəki gəmilər, o cümlədən sualtı qayıq, eləcə də B-1 strateji bombardmançıları vasitəsilə həyata keçirdiyini deyib. B-1 təyyarələri 19 raket buraxıb. K. Makkenzi Britaniya ordusunun "Tornado" və "Tayfun" təyyarələri ilə 8 raket zərbəsi endirdiyini, Fransanın isə "Miraj" təyyarələri ilə 9 raket buraxdığını açıqlayıb: "Bir neçə istiqamətdən endirilən zərbələr nəticəsində Suriya hava hücumundan müdafiə sistemlərini aşmaq mümkün oldu".  

K. Makkenzi radioelektron mübarizə vasitələrindən də istifadə etdiklərini və Suriya HHM sistemlərinin fəaliyyətinin qeyri-effektiv olduğunu diqqətə çatdırıb: "Bizim heç bir təyyarəmiz Suriya HHM  sistemlərinin effektiv müqaviməti ilə rastlaşmayıb. Əminik ki, raketlər hədəfə çatıb. Hədəfləri elə seçdik ki, dinc əhaliyə təhlükə minimuma ensin.  Bütün təyyarələrimiz əməliyyatdan sonra bazaya qayıdıb".

Amerikalı zabit Suriyada insidentlərin qarşısının alınması üzrə Rusiya ilə mövcud olan rabitə xəttindən əməliyyatdan öncə və sonra istifadə olunduğunu da vurğulayıb.

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    kk · 14 Aprel 23:0400

    basa dusduk istedikleri hedefleri vurdular bes helak olanlar haqqinda niye melumat yoxdu

    Cavab yaz
  • Anonim
    Ceyhun · 15 Aprel 09:1901

    Heç nə edə bilməyiblər. Raketlərin çoxu göydə vurulub. Ən azı 3 nəfər yaralanıb.

    Cavab yaz
  • Anonim
    kk · 15 Aprel 14:3500

    agla batan fikir deyil bazalar vurulub guya orda insan olmayib?indide 20 nefer helak olub deyirler,

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.