Dünya

Pentaqon: Suriyada müəyyən edilən bütün hədəflər uğurla vurulub

14 Aprel 2018 18:25
0 Şərh     Baxış: 1 137

"ABŞ, Böyük Britaniya və Fransanın raket zərbələri Suriyada müəyyənləşdirilmiş bütün hədəfləri məhv edib".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Pentaqonda keçirilən xüsusi brifinqdə qurumun rəsmi nümayəndəsi Dana Uayt deyib. "Raketlər seçilmiş hər hədəfi uğurla vurub", - deyə o, söyləyib.

D. Uayt qeyd edib ki, ABŞ Suriyada münaqişəni qızışdırmaq istəmir, lakin Vaşinqton beynəlxalq normaların pozulması ilə barışmayacaq: "Biz münaqişə axtarmırıq, lakin beynəlxalq qanunların bu cür dəhşətli şəkildə pozulmasına yol verə bilmərik. Bizim Suriyada məqsədimiz əvvəlki kimidir: İŞİD-i məğlub etmək".

Milli.Az 

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.