Dünya

Merkel: "Suriyada hərbi əməliyyat vacib idi"

14 Aprel 2018 13:36
0 Şərh     Baxış: 1 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya federal kansleri Angela Merkel ABŞ, İngiltərə və Fransanın Suriyada həyata keçirdiyi hərbi əməliyyata dəstək ifadə edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Merkel hərbi əməliyyatların uğurlu alındığını deyib: "Amerikalı, fransalı və britaniyalı müttəfiqlərimizin belə bir məsuliyyəti öhdələrinə götürdükləri üçün onları dəstəkləyirik. Əməliyyatlar hər kəsin Suriyada kimyəvi silah istifadəsinə diqqətini yönəltmək və Suriya hakimiyyət qüvvələrinin daha çox pozuntulara yol verməsinin qarşısını almaq baxımından vacib və ölçülü idi".

A. Merkel bildirib ki, bu əməliyyatın məqsədi Suriya rejiminin kimyəvi silahlardan istifadə edərək hücumlar həyata keçirmək imkanlarını zəiflətməkdir. O, Almaniyanın bütün diplomatik addımları dəstəkləyəcəyini də vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.