Dünya

Misir ordusu 27 terrorçunu zərərsizləşdirdi

14 Aprel 2018 12:34
0 Şərh     Baxış: 225

Misir ordusu Sinay yarımadasının şimalında davam etdirdiyi antiterror əməliyyatı çərçivəsində son bir neçə gün ərzində 27 terrorçunu zərərsizləşdirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, daha 115 nəfər terrorçuluq fəaliyyəti ittihamı ilə saxlanılıb.

Qeyd olunur ki, "Sinay-2018" əməliyyatı bu ilin fevral ayında başlayıb. Əməliyyat müddətində 200-ə yaxın terrorçu məhv edilib, yüzlərlə şəxs saxlanılıb.

Bundan başqa, çoxlu sayda silah-sursat, partlayıcı maddə ələ keçirilib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.