Dünya

Qərb bəşəri Bəşərə qarşı: Dəməşq belə vuruldu - VİDEO - FOTO

14 Aprel 2018 11:30
11 Şərh     Baxış: 6 591

ABŞ, Fransa və Böyük Britaniyanın silahlı qüvvələri Suriya ərazisinə "hava-yer" tipli 104 raket buraxıblar.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin önəmli qismini hədəfə çatmadan məhv edib. Nazirlik qeyd edib ki, zərbələr ABŞ hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasında taktiki aviasiya tərəfindən, eləcə Suriya ərazisindəki Ət Tanf rayonundan qalxan ABŞ-ın "B-1B" strateji bombardmançıları vasitəsilə endirilib.

Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri Dəməşqə buraxılmış raketlərin əksəriyyətini hədəflərə çatmamış məhv edib. Bunun üçün hələ sabiq Sovetlər Birliyində istehsal olunmuş S-125, S-200, "Buk" və "Kvadrat" sistemlərindən istifadə olunub.

Qərb ölkələri Dəməşqi əsasən "Tomahavk" raketləri ilə vurublar.

Dəməşqə hücum 50 dəqiqə davam edib.

1 "Tomahavk" raketinin dəyəri təqribən 1,5 milyon dollardır.

Dəməşqin cənubundakı Kisva şəhərinə buraxılmış raketlərdən 13-ü havada vurulub.

Homs vilayətindəki obyektlər də raketlərdən qorunub.

Britaniya Müdafiə Nazirliyinin az öncə yaydığı bəyanata görə, ABŞ, Fransa və Britaniyanın qüvvələri Suriyada hədəfə aldıqları obyektləri vurublar. Onların arasında ən önəmliləri Dəməşqdəki elmi-tədqiqat mərkəzi, Respublika Qvardiyasının bazası, şəhərin şimalındakı Cəmrayadakı tədqiqat mərkəzi, Hamadakı Masyaf şəhərində yerləşən hərbi anbar, Homsdakı elmi mərkəz və Suriya Hava Hücümundan Müdafiə Qüvvələrinin bazasıdır.

Suriyanın ilk "birgə bombardman"ında Britaniya Hərbi-Hava Qüvvələrinin "Tornado GR4" tipli 4 qırıcı-bombardmançı təyyarəsi iştirak edib. Onlar zərbələr üçün "Storm Shadow" qanadlı raketlərindən istifadə ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dəməşq belə vuruldu

США ударили по Сирии

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

11 Şərh:

  • Anonim
    .. ه · 14 Aprel 11:38123

    Lenet olasi Amerika!Iwin Esedledirse milyonlarla insani niye qirirsan?

    Cavab yaz
    • Anonim
      Yağmur · 14 Aprel 12:03133

      Amerikaya lənət olsun! 11.38-ə bir məsəl var ey,pişiyin könlü samanlıqda idi küləkdə vurdu samanlığa saldı,Amerikanın könlü Suriyanı məhv etməkdir.indidə Bu Bəşər operasyonu çıxdı,onunda lap ürəyincə oldu,. .....! bir gün haqq özü yerini tapacaq, Amerika və ona qol qanad olan iç və dış yardakçılar qan qusacaq....!!! Doğacaqdır sənə vəd etdiyi günlər haqqın,kim bilir bəlkə sabah,bəlkə sabahdan da yaxın?!!...

      Cavab yaz
      • Anonim
        .. ه · 14 Aprel 12:18103

        InweAllah!Bu zulm yerde qalmayacaq!

        Cavab yaz
  • Anonim
    Tovuzlu E · 14 Aprel 11:4972

    Here bir terefden Ele bil and icibler dasi das uste qoymayacaqlar deye Butun olen, veteninden didergin dusen insanlarin ahi tutsun, bu olkeni viran qoyanlari

    Cavab yaz
  • Anonim
    azeri · 14 Aprel 12:1720

    TURKIYE HANI MOVQEDEDIR?

    Cavab yaz
    • Anonim
      Molla ağa · 14 Aprel 13:1890

      Dinimizin düşmənlərinə xidmət etmək üçün çırmanıb

      Cavab yaz
  • Anonim
    Raul · 14 Aprel 12:4670

    Narahat olmayın onlar məqsədlərinə çata bilməyəcəklər.

    Cavab yaz
  • Anonim
    ? · 14 Aprel 14:3542

    Əsədə görə ölkəni niyə dagıdırsız, Allah belinizi qırsın?

    Cavab yaz
  • Anonim
    azeri · 14 Aprel 15:3250

    Esed getse yerine ne qalacaq?Iraq, Liviyanin taleyi?Yaxsisi son damla qana qeder vurusmaqd

    Cavab yaz
  • Anonim
    nn · 14 Aprel 17:0510

    Müsəlmanlar da birlik olsa heç kim onu yıxa bilməz. Allah bəlalarını versin. Müsəlmanlara qarşı çıxan dövlətləri Allah yer üzündən silsin.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Aprel 18:0521

    Qiyametin elametleri ozun doqruldur Baqdad Ardiycan Demesq muselman olkelerinin darmadaqin edilmesi qiyametin elametlerinden biridi Allah Amerikaya lenet yaqdirsin muselmanlarin ahi yerde qalmasin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.