Dünya

İran Suriyada həyata keçirilən zərbələri pislədi

14 Aprel 2018 10:40
0 Şərh     Baxış: 1 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Suriyada həyata keçirilən zərbələri pisləyib və bu addımın bütün region üçün mənfi nəticələrə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İran XİN həmçinin beynəlxalq ictimaiyyəti bu əməliyyatları pisləməyə çağırıb.

Xatırladaq ki, gecə saatlarında ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.