Dünya

Rusiya səfiri: "Suriyaya endirilən zərbələr cavabsız qalmayacaq"

14 Aprel 2018 10:28
2 Şərh     Baxış: 1 449

ABŞ, Böyük Britaniya və Fransanın Suriya ərazisinə zərbələri cavabsız qalmayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bəyanatında deyilir.

"Qorxduğumuz reallaşdı. Xəbərdarlıqlarımız diqqətə alınmadı. Əvvəlcədən hazırlanan ssenari həyata keçirilir. Və yenə bizi təhdid edirlər. Daha əvvəldən belə hərəkətlərin cavabsız qalmayacağına dair xəbərdarlıq etmişdik", - bəyanatda deyilir.

A.Antonovun sözlərinə görə, bunun bütün məsuliyyətləri Vaşinqton, London və Parisin üzərinə düşür.

"Rusiya prezidentinin təhqir edilməsi qəbuledilməz və yolverilməzdir. ABŞ dünyanın ən böyük kimyəvi silah arsenalının sahibidir və onların başqalarını günahlandırmağa, sadəcə, mənəvi haqqı yoxdur", - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Suriyaya zərbələr endirilməsini əmr edib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Doktor · 14 Aprel 15:3800

    Suriyani da Iraqin gűnűne qoyacaqlar

    Cavab yaz
  • Anonim
    Rauf · 16 Aprel 09:1900

    Suriyaya heç nə edə bilməyəcəklər. 103 raket atəşinin 71- i havada məhv olunub. İstifadədə olan hərbi aerodromlardan və hərbi obyeklərdən heç birinə raket zərbəsi çata bilməyib. Bütün zərbələr 30 illik sovet istehsalı olan S-125 və S-200 sistemləri ilə məhv olunub. ABŞ üçün bu biabırçılıqdır. Və ya razılışdırılmış hücumdur Rusiya ilə, yəni guya ki, Suriyanı vurdum. İndi isə Rusiya Suriyaya S-300 verəcəyini bildirdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.