Dünya

İraq Suriyanı bombalayır

19 Aprel 2018 22:57
0 Şərh     Baxış: 1 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq hərbi hava qüvvələri Suriyada İŞİD yaraqlılarına aid mövqeləri bombalayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu İraq müdafiə nazirliyinin rəsmisi Tahsin əl-Həfəci  "RİA Novosti"yə verdiyi açıqlamada bildirib.

"Hava zərbələri dəqiq olub və Suriya ərazisində Fərat çayının şərq sahilində olan rayonlara cəmləşmiş İŞİD yaraqlılarını və onların komanda məntəqəsini məhv edib.", - deyə rəsmi bildirib.

Onun sözlərinə görə, hava reydləri Rusiya, İran və Suriyanın daxil olduğu birgə təhlükəsizlik mərkəzi ilə əlaqələndirilib.

Terrorçuların fəaliyyətinin monitorinqini aparan "Directorate 4" təşkilatının "Telegram" kanalına görə, əməliyyata İraq HHQ-nin 9-cu eskadrilyasının "F-161Q" qırıcıları cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.