Dünya

Ukrayna “Skif”i sınaqdan keçirdi – VİDEO

19 Aprel 2018 23:00
0 Şərh     Baxış: 1 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın hərbi poliqonlarından birində "Skif" tank əleyhinə raket kompleksinin ("Stuqna-P"nin ixrac versiyası) sınaqları keçirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Luç" konstruktor bürosu "Facebook" səhifəsində məlumat paylaşıb.

"Skif" kompleksinin konstruksiyası sifarişçinin tələbi ilə dəyişdirilib.

"Bütün modifikasiyalar buraxılış qurğusunun yumşaq torpaq və qum şəraitində istifadəsinə adaptasiya olunmasına yönəlib. Raketin özünə heç bir dəyişiklik edilməyib, belə ki, raket əvvəlcədən istənilən iqlim və hava şəraitində istifadə edilə bilməsi üçün hazırlanıb", - deyə konstruktor bürosunun məlumatında qeyd olunur.

"Skif" TƏRK  Kiyevdə qərarlaşan "Luç" bürosu tərəfindən 2005-ci ildə hazırlanıb. Bir müddət sonra "Pelenq" Belarus şirkətinin əməkdaşlığı ilə teplovizorlu "Skif-M" versiyası ərsəyə gətirilib. Tuşlama lazer şüası ilə hədəfi avtomatik müşayiət edir. Atəş məsafəsi beş kilometrə qədərdir

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.