Dünya

ABŞ, İngiltərə və Fransadan Suriyaya hücum - Dəməşq sakinləri Əsədə dəstək üçün küçələrə çıxdı - VİDEO - FOTO

14 Aprel 2018 10:08
18 Şərh     Baxış: 3 571

ABŞ Fransa və Böyük Britaniya ilə birlikdə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, ABŞ Suriyadakı 3 hədəfə 100-dən çox raket atıb. Hücum nəticəsində 6 mülki vətəndaş yaralanıb.

Dəməşq sakinləri küçələrə çıxaraq Bəşər Əsədə dəstək olub, hücuma etiraz ediblər.

"Mən ABŞ Silahlı Qüvvələrinə kimyəvi silah potensialı ilə bağlı obyektlərə yüksək dəqiqliklə zərbələr vurmağı əmr etmişəm. Hazırda Fransa və Birləşmiş Krallığın Silahlı Qvvələri ilə birgə əməliyyat həyata keçirilir", - ABŞ prezidenti Donald Tramp Ağ Evdə hücumla bağlı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Dəməşq kimyəvi silahdan istifadəni dayandırmayana qədər ABŞ Suriyaya qarşı "milli gücünün bütün vasitələrindən" istifadə etməyə hazırdır.

Suriya hökumətinin açıqlamasında hücumun beynəlxalq hüquqa zidd olduğu və hücuma məruz qalan aviabazaların əvvəlcədən boşaldıldığı qeyd olunub.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, ABŞ tərəfindən atılan mərmilər Rusiya hava qüvvələrinin müdafiə etdiyi ərazilərə düşməyib.

NATO-nun baş katibi Yens Stoltenberq hücumu dəstəklədiyini söyləyib.

"ABŞ, İngiltərə və Fransa tərəfindən Suriyaya qarşı atılan addımları dəstəkləyirəm. Bununla "rejim"in Suriya xalqına qarşı kimyəvi silahdan istifadə qabiliyyəti azalacaq".

İran Xarici İşlər nazirliyinin verdiyi məlumatda Suriyaya edilən hücum qınanılıb və nəticələr barədə xəbərdarlıq edilib.

Sputnikin Dəməşq şəhərindəki müxbiri bildirib ki, hücum zamanı prezident administrasiyası və başqa hökumət binaları vurulmayıb.

Qeyd edək ki, BBC-nin yaydığı məlumatda Şərqi Quta bölgəsinin müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsi Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 70 nəfərin öldüyü deyilir.

Rusiya Müdafiə Nazirliyi və Suriya höküməti Duma şəhərində kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ракетные удары по Сирии - 2

Ракетные удары по Сирии

Ракетные удары по Дамаску

США вместе с Францией и Великобританией ударили по Сирии

США ударили по Сирии

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

18 Şərh:

  • Anonim
    queen · 14 Aprel 10:3492

    Allah belanizi versin. el cekin suriyadan

    Cavab yaz
  • Anonim
    İRADE · 14 Aprel 10:342111

    BESER ESED SENI GÖRÜM YER ÜZÜNDƏN YOX OLASAN CEHENNEMDE DİRİ DİRİ YANACAQSAN/ SƏNİNİDƏ VAXTINA AZ QALİB İNSALLAH

    Cavab yaz
    • Anonim
      Iradeye · 14 Aprel 11:1783

      Bu ne qargishlardir?Sene xoshdur deyesen muselmanlar qirilir??

      Cavab yaz
      • Anonim
        elvo · 14 Aprel 14:2474

        11:17 ə. Bəşər əsəd həm bir çox günahsız müsəlmanları öldürmüşdür.həm də bir çox məscidləri də dağıtmışdır

        Cavab yaz
        • Anonim
          Dəli elvinə · 14 Aprel 15:0542

          Get işinə sən.

          Cavab yaz
        • Anonim
          elvoya · 14 Aprel 15:0642

          nece yashin var?Get mektebini oxu

          Cavab yaz
    • Anonim
      İradeye · 14 Aprel 12:1074

      Eheyyyy agzının danışığını bil, xeste. Yer üzünden silinen sevimli amerikan olacaq birde seni kimileri.

      Cavab yaz
  • Anonim
    n.n · 14 Aprel 11:0362

    Esed neylesin öz ilkesini muafiyet eleyirde her yerinden duran alcaqlara versey olkelerimizi onda ne olacag Allah Amerika'ya bela versin

    Cavab yaz
  • Anonim
    ƏSİ...:( · 14 Aprel 11:1951

    Beynəlxalq hüquq???Bədbəxt suriyalılar hələdə haqdan hüquqdan danışır:(((Qorxmayın onlar sizi xilas etməyə gəlir,haqqı ayağınıza gətirirlər...Kimyəvi silah atanları lazımınca cəzalandıracaqlar...B.Əsədə möhkəm qulaqburması verəcəklər...Hər şeyi edən odur axı:((((Bədbəxt başıbəlalılar...Sizə gediş haqqı belə verilmir,özləri oynayıb özləri də udacaqlar...

    Cavab yaz
    • Anonim
      Yağmur · 14 Aprel 11:5655

      Allah Amerikanın bəlasını versin,müsəlmanların düşməni,.yaxşı işin B.Əsədlədirsə,bu masum xalqın nə günahı??

      Cavab yaz
      • Anonim
        ƏSİ... · 14 Aprel 12:2242

        Əsəd kimdir ki,Yağmur???İroniyayla yazılmış şərhdi o...Əsəd sadəcə maketdir və o maketdən,adından istifadə edib hər cür oyunu rahatca oynayırlar:(

        Cavab yaz
        • Anonim
          Yağmur · 14 Aprel 12:4573

          Düzdür Əsəd yaxşı insan deyil,amma Amerikada Suriyaya yaxşılıq etməyəcək,Amerika Suriyanı məhv etmək istəyir,Amerika müsəlmanların düşmənidir!...bir gün gələcək haqq öz yerinini tapacaq! Bu masumların ahı tutacaq onları bu hala salanların!,.Doğacaqdır sənə vəd etdiyi günlər haqqın kim bilir,bəlkə sabah bəlkə sabahdanda yaxın!!.İnşallah Əsi xanım bir gün Suriyada rahat və xürrəm həyat sürər,bu fırtına birdən yox ola!Amin!

          Cavab yaz
  • Anonim
    Roya · 14 Aprel 12:0390

    Ne Amerka ne de Rusiya hec biri Suriyani cox istemir.hamisi oz xeyri ucun calisir.indi biz durub onlara desek ki,gelin ermenistani bonbalayin isgaldan torpaqlarimiz azad olsun ederler?elbetdeki yox.Bir-birlerine guclerini gosterecekler deye gunahsiz insanlari oldururler.

    Cavab yaz
    • Anonim
      Tovuzlu E · 14 Aprel 13:0114

      Onlarin ermenileri bombalamagina ehtiyac yoxdu, oz igidlerimiz de bombalayar, imkan verseler

      Cavab yaz
  • Anonim
    elvo · 14 Aprel 12:1957

    Əsədə niyə dəstək verirsiz.əsəd çox saylı günahsız insanları öldürüb

    Cavab yaz
    • Anonim
      Elvinə · 14 Aprel 12:2564

      Misal cek.

      Cavab yaz
    • Anonim
      Dəli elvinə · 14 Aprel 14:3932

      İnsanlığın düşməni amerikadır ay yazıq. Kor gözlərinlə bax.

      Cavab yaz
  • Anonim
    ? · 14 Aprel 15:0140

    Soruşan yoxdurki Suriyadan nə istəyirsiz, ay beliniz qırılsın. Əsəd lazımdır aparın öldürün. Ölkəni niyə dagılmalıdır axı? Səddama görə İraqı darmadagın etdi indi Suriya. Allah götürməsin bu zülmü

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.