Dünya

ABƏ Dəməşqi raketlərlə vurdu - FOTO

14 Aprel 2018 07:26
3 Şərh     Baxış: 2 409

ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada hədfələrə hava zərbələri endiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Pentaqonda keçirilən brifinq zamanı ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbəri general Cozef Danford bildirib.

C.Danford deyib: "Gələcəkdə kimyəvi silhaldan istifadəyə yol verməmək üçün ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri şərq sahilləri vaxtı ilə 21:00-da Suriyada hədəflərə hava zərbələri endiriblər. Bizim qüvvələr əməliyyatın planlaşdırılması və həyata keçirilməsi mərhələsində inteqrasiya olunub. Zərbələr endirilən hədəflər Suriya hökümətinin kimyəvi proqramları ilə bağlıdır. Biz həmçinin hədəfləri elə seçmişik ki, dinc əhali üçün riskləri minimum səviyyəyə endirək".

O qeyd edib ki, ilk hədəf - Dəməşq rayonunda elmi tədqiqat mərkəzi olub. Bu mərkəzdə kimyəvi və bioloji texnologiyaların istehsal edilir, hazırlannır və tədqiqatları aparılır. İkinci hədəf isə Homsda kimyəvi maddələrin saxlanıldığı obyekt idi.

Cozef Danvord bildirib ki, Suriyaya endirilən bu hava zərbələri dalğası başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    PRiNS · 14 Aprel 07:3220

    Siz de, sizin Şerqdeki itleriniz de Tanrının lenetine gelesiniz

    Cavab yaz
  • Anonim
    1988Jale · 14 Aprel 09:3010

    Allah belanizi versin,esebden soz tapa bilmirem yazim.Allah sizi yer uzunden silsin,o gunahsiz korpelerin ahi tutsun sizi.Amin Amin Amin

    Cavab yaz
  • Anonim
    ağali · 14 Aprel 09:3700

    çox qarmaqarışıq vəziyyətdir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.