Dünya

Yerevanda Sarqsyana qarşı etirazlar

14 Aprel 2018 08:38
2 Şərh     Baxış: 1 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda Serj Sarqsyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı etiraz aksiyası keçirənlər Yerevanın mərkəzində yerləşən Opera və Balet Teatrının binası qarşısında yürüşü başa vurublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda etirazçılar Fransa meydanında çadırlar qurublar və orada gecələməyə hazırlaşırlar.

Aksiyanın koordinatoru, "Yelk" müxalifətyönlü parlament fraksiyasının rəhbəri, "Mülki müqavilə" partiyasının lideri Nikol Paşinyan meydana toplaşanları gecələmək üçün ədyal və karton gətirməyə çağırıb: "Əgər iştirakçıların sayı aksiyanın Qapalı bazaradək uzanacaq qədər artarsa, hakimiyyətin dəyişəcəyinə mən zəmanət verirəm".

Qeyd edək ki, Fransa meydanı Ermənistan paytaxtının əsas küçələrinin kəsişməsində yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.