Dünya

Misir prezidenti ölkədə fövqəladə vəziyyət rejiminin müddətini uzadıb

14 Aprel 2018 08:28
0 Şərh     Baxış: 284

Misirdə fövqəladə vəziyyət rejiminin müddəti 3 ay uzadılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkədə fərman imzalayıb.

Fərmanda deyilir: "2018-ci il aprelin 14-ü saat 01:00-dan ölkənin hər yerində fövqəladə vəziyyət rejimi elan edilir".

Prezidentin fərmanı terrorizmlə mübarizə və ölkənin bütün ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə silahlı qüvvələrinə və polis orqanlarına bütün səlahiyyətlərin verilməsini nəzərdə tutur. Fövqəladə vəziyyət rejimi zamanı prezidentin əmrini pozan şəxsə həbs cəzası düşür.

Qeyd edək ki, Misir prezidenti fövqəladə vəziyyət rejimini ötən ilin aprel ayında 45-dən çox insanın ölümünə səbəb olan Tanta və Aleksandriya şəhərlərində baş verən terror aktlarından sonra tətbiq edib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.