Dünya

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib, ölən və yaralananlar var

13 Aprel 2018 23:00
0 Şərh     Baxış: 542

Bu gün Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 1 fələstinli nəfər ölüb, 701-i müxtəlif dərəcəli xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə  "RİA Novosti" agentliyinə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

"Bu gün İsrail ordusunun açdığı atəş nəticəsində 28 yaşlı fələstinli ölüb, 163-ü güllə yarası almaqla 701 fələstinli yaralanıb", deyə Ə.əl-Kidra qeyd edib.

Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti Qəzza zolağının sərhədində baş verən iğtişaşlarda 10 min fələstinlinin iştirak etdiyini bildirib.

Qeyd edək ki, martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində "Böyük Qayıdış Yürüşünə" başlayıb. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.