Dünya

Xəlifə Xaftarın ölüm xəbəri təkzib edildi - YENİLƏNİB

13 Aprel 2018 23:14
0 Şərh     Baxış: 1 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:14

Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftar sağdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun Əhməd əl-Mismari bildirib.

"Komandan Xəlifə Xaftar sağdır, tezliklə hamı buna əmin olacaq", deyə ordu nümayəndəsi vurğulayıb.

Bundan əvvəl Liviya və Fransa KİV-ləri 76-yaşlı X.Xaftarın Paris xəstəxanalarının birində vəfat etdiyi barədə məlumatlar yayımlayıb.

---------

22:34

Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftar Parisdə vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Liviya KİV-ləri məlumat verib.

Məlumata görə, bir müddət əvvəl insult keçirən 76 yaşlı X.Xaftar Paris xəstəxanalarının birinə yerləşdirilib.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır. Ötən il tərəflər 2018-ci ildə Liviyada prezident seçkilərinin keçiriləcəyinə dair razılığa gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.