Türkiyənin qərbində 4,7 bal gücündə zəlzələ baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 20:14-də qeydə alınan yeraltı təkanların episentri Konya şəhərindən 98 km cənub-qərbdə, ocağı 5 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Milli.Az