Dünya

İstintaqa ifadə verən baş nazirin müavini işdən çıxarıldı

13 Aprel 2018 18:40
0 Şərh     Baxış: 1 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstan prezidenti Sooronbay Jeenbəyov imzaladığı sərəncamla ölkənin baş nazirinin birinci müavini Əsgərbəy Şadıyevin istefasını qəbul edib.

Milli.Az Trend-in məlumatına görə, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti xəbər yayıb.

Qeyd edək ki, mart ayında o, dövlət vəsaitlərinin yeyilməsi faktı əsasında qaldırılan istintaq işi üzrə ifadə vermişdi. İfadə verdikdən sonra Ə.Şadıyev ürəyində problemlər yarandığı üçün xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.