Dünya

Trampın Suriyanı vurmamasının səbəbi - Gizli görüş keçirildi

13 Aprel 2018 14:28
0 Şərh     Baxış: 1 507

ABŞ-ın müdafiə naziri Ceyms Mettis ölkə prezidenti Donald Trampı Suriyaya zərbə vurmaqla bağlı tələsik qərar verməməyə çağırıb. 

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" nəşri rəsmi mənbələrinə istinadən məlumat yayıb.

Belə ki, Ağ Evdə qapalı qapılar arxasında keçirilən görüş zamanı Mettis bəyan edib ki, Pentaqon ABŞ-ın Suriyaya vuracağı zərbələrin Rusiya, İran və Qərb arasında daha genişmiqyaslı münaqişəyə çevrilə biləcəyindən ehtiyatlanır.

Məlumatlara əsasən, iclas zamanı Mettis Trampa Dumaya mümkün kimyəvi silah hücumunda Suriya prezidenti Bəşər Əsədin günahkar olduğunu sübut etmək üçün daha əsaslı sübutları gözləməyə məsləhət görüb.

Pentaqon rəhbəri öz mövqeyini ortaya qoyduqdan bir neçə saat sonra Ağ Ev nümayəndəsi Sara Sanders bildirib ki, prezidentin təhlükəsizlik üzrə müşavirləri ilə görüş zamanı Suriyaya zərbə endirmək qərarı verilməyib. 

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.