Dünya

ABŞ-da sanksiyalar üzrə baş məmur vəzifəsindən ayrılır

13 Aprel 2018 13:15
0 Şərh     Baxış: 385

ABŞ Maliyyə Nazirliyinin sanksiyaların icrası üçün məsul olan strukturunun (Office of Foreign Assets Control - OFAC) rəhbəri Con Smit may ayında vəzifəsindən ayrılacaq.

Bu barədə Milli.Az report-a istinadən xəbər verir.

D.Smit quruma 2015-ci ilin fevral ayından rəhbərlik edir və ona qədər 11 il ərzində OFAC-də çalışıb. Qurumun rəhbəri vəzifəsinə müvəqqəti əsasda onun müavini Andrea Qatski təyin olunub.

Yerli KİV D.Smitin istefasının şəxsi səbəblərlə bağlı olduğunu yazır.

Qeyd edək ki, Rusiya, Şimali Koreya, Venesuela, İrana qarşı tətbiq olunan sanksiyalar son dövrlərdə ABŞ xarici siyasətinin əsas alətinə çevrilib.

OFAC ötən il sanksiyaların pozulması üzrə toplam 119,5 milyon dollar məbləğində 16 inzibati cərimə tətbiq edib. Eyni zamanda, 2014-cü ildə rekord göstərici  - 1,2 milyard dollar məbləğində 23 cərimə qeydə alınıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.