Dünya

Skripallar niyə ölmədilər?

13 Aprel 2018 11:58
0 Şərh     Baxış: 1 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Solsberi şəhərində Rusiyada işlənib hazırlanan "Noviçok" adlı kimyəvi silah tətbiq olunmaqla zəhərlənən keçmiş QRU polkovniki Sergey Skripalın və qızı Yuliyanın ölümdən dönməsi bu zəhərin daha bir xüsusiyyətini ortaya çıxarıb. Vaxtilə "Noviçok"u işləyib hazırlayanlardan biri, tanınmış sovet kimyaçı alimi Vil Mirzəcanov "Kommersant FM" radiosuna müsahibəsində deyib ki, casusu və qızını ölümdən dumanlı hava xilas edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, onların zəhərləndiyi gün Solsberidə hava dumanlı və çiskinli olub. Zəhər isə suya həssasdır-su ilə təmasda olanda öz xüsusiyyətlərini qismən itirir. Alimin bildirdiyinə görə zəhəri Skripalların baş çəkdikləri restoranın giriş qapısının dəstəyinə sürtüblər və hava çiskinli olduğundan maddə su ilə təmasda olub.

"Nəticədə onlar doza alıblar, amma bu doza ölümcül olmayıb, çünki hesablanmış konsentrasiya su ilə təmasa görə aşağı düşüb"-ABŞ-da mühacirətdə olan kimyaçı deyib.

Mirzəcanov deyib ki, təmiz zəhər ancaq xüsusi laboratoriyada, yüksək ixtisaslı mütəxəssislərlə əldə edilə bilər. Diletant "Noviçok" kimi mürəkkəb zəhəri hazırlaya bilməz.

Xatırladaq ki, Yuliya Skripal xəstəxanadan buraxılıb və hərbi bazanın ərazisində qorunur. Atası isə komadan ayılıb, vəziyyətinin yaxşılaşdığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.