Dünya

“Suriyada yüzlərlə rusiyalı öldürülüb” - MKİ rəhbəri

13 Aprel 2018 11:54
0 Şərh     Baxış: 672

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri postunu tərk edən Mayk Pompeo Suriyada yüzlərlə rusiyalının öldüyünü bəyan edib. 

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Pompeo ABŞ Senatının xarici əlaqələr üzrə Komitəsində dinləmələr zamanı bildirib.

"Bir neçə həftə əvvəl ruslar ləyaqətli cavabla qarşılaşdılar. Yüzlərlə rusiyalı öldürüldü", - deyə Pompeo vurğulayıb. 

Qeyd edək ki, bu rəsmi Vaşinqton tərəfindən rusların Suriyada kütləvi ölümünü təsdiqləyən ilk rəsmi açıqlamadır. Dövlət Departamenti rəhbəri postuna namizəd Pompeo bu insident barədə qısa danışıb və rusların iştirak etdiyi hansı döyüşdən söhbətin getdiyini açıqlamayıb. 

Nəşr yazır ki, ola bilsin ki, MKİ direktoru Vaqner adlandırılan şəxsi hərbi şirkətin üzvlər olan rus hərbçiləri nəzərdə tutur. Belə ki, fevralın 7-i onlar suriyalılarla birgə neft məntəqələrini və Fərat çayı üzərində "Conoco" neft emalı zavodunu ələ keçirməyə cəhd edərkən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya güclərinin hücumuna məruz qalıb. 

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.