Dünya

Əsəd kömürxanada gizlənib - Nə pəncərəsi var, nə də... - İDDİA

13 Aprel 2018 11:31
6 Şərh     Baxış: 3 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya prezidenti Bəşər Əsədlə bağlı iddialar səsləndirilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, onun Rusiyaya sığındığı deyilir. Bu iddia ilə The Baghdad Post çıxış edib.

Yazıda bildirilib ki, Bəşər Əsəd Hmeimim aviabazasının kömürxanasındadır. Guya, onun qaldığı yerin nə pəncərəsi var, nə də ona telefonla danışmağa, yerini bildirməyə icazə verilir.

Qeyd edək ki, BBC-nin yaydığı məlumatda Şərqi Quta bölgəsinin müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsi Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 70 nəfərin öldüyü deyilirdi.

Rusiya Müdafiə Nazirliyi və Suriya höküməti Duma şəhərində kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.