Dünya

Keçmiş FTB direktoru onu “mafioz”, “eqoist” və “ağlasığmaz yalançı” adlandırır

13 Aprel 2018 11:17
1 Şərh     Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi özünün yeni çapdan çıxan memuarlarında prezident Donald Trampın barəsində sərt ifadələr işlədib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ceyms Komi Trampı "mafiozlarla" müqayisə edib. O, yazır ki, Tramp eqoistdir və başqalarından özünə "şəxsi sədaqət" tələb edir. Keçmiş FTB direktoru habelə Trampın "ağlasığmaz dərəcədə yalançı" olduğunu bildirir və onun öz ətrafında alternativ reallıq atmosferi yaratdığını bildirir.

Xatırladaq ki, Ceyms Komi Trampın prezidentliyinin ilk aylarında FTB-yə rəhbərlik etməkdə davam edirdi. Lakin günlərin birində Tramp onu yanına çağıraraq Rusiya işi üzrə təhqiqatı dayandırmağı, milli təhlükəsizlik müşaviri general Maykl Flindən əl çəkməyi tələb edib. Komi bu tələblərə əməl etməyib və Tramp tərəfindən işdən azad edilib. Trampın Komini işdən azad etməsi xüsusi prokuror Robert Müllerin komandası tərəfindən Rusiya təhqiqatı çərçivəsində araşdırılır.

Gözlənilir ki, keçmiş FTB direktorunun kitabı böyük rezonansa səbəb olacaq. Bundan əvvəl jurnalist Maykl Volf Tramp barəsində "Atəş və qəzəb: Trampın Ağ evində" kitabını yazıb. Trampın komandasının üzvləri ilə müsahibələr əsasında hazırlanmış kitabda onun prezidentliyə layiq olmadığı barədə çoxsaylı mülahizələr yer alırdı. Bu kitab Trampı bərk qəzəbləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.