Dünya

Narkomafiya başçısı 43 il cəza aldı

13 Aprel 2018 08:59
0 Şərh     Baxış: 480

ABŞ-ın dallas şəhərinin məhkəməsi Meksikanın La Minsa ləqəbi ilə tanınan "La Famina" narkokartelinin başçısı Arnoldo Rueda Medinanı 43 il müddətinə həbs cəzasına məhkum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, La Minsa həmçinin 5 milyon dollar məbləğində cərimə olunub.

Medina 2009-cu ildə Meksikada saxlanılıb, 2010-cu ildə isə ABŞ-da ona ittiham təqdim olunub. Onun həbs edilməsinə cavab olaraq Meksika narkomafiyası 12 polis əməkdaşını qətlə yetirib.

2017-ci ildə Arnoldo Rueda Medina ABŞ-a ekstradisiya olunub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.