Dünya

" İrana bir bəhanə verərlərsə, Tel-Əviv və Hayfa məhv ediləcək" - İran

12 Aprel 2018 22:57
4 Şərh     Baxış: 1 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran hökuməti İsraili Tehrana qarşı axmaq addımlar atmamağa çağırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu bəyanatla İslam Respublikasının ali dini lideri Əli Xamneyinin nümayəndələrindən biri çıxış edib.

İslam İnqilabı Keşikçiləri Korpusundan olan Əli Şirazinin sözlərinə görə, İran İsrailin şəhərlərini məhv edə bilər.

O bildirib ki, İsrail "daha bir neçə gün mövcud olmaq istəyirsə", öz davranışlarına fikir verməlidir.

"Əgər onlar İrana bir bəhanə verərlərsə, Tel-Əviv və Hayfa məhv ediləcək", - deyə TASS onun sözlərini sitat gətirib.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, Tehran ölkənin "qətiyyətliliyini sınağa çəkməyə" son qoymalıdır. Onun sözlərinə görə, İsrail İranın təcavüzünə ciddi cavab verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.