Dünya

Pompeo: Suriyada yüzlərlə rusiyalı həlak olub

12 Aprel 2018 22:56
1 Şərh     Baxış: 844

ABŞ mərkəzi kəşfiyyat idarəsinin direktoru Mayk Pompeo Suriyada bu yaxınlarda yüzlərlə rusiyalının həlak olduğunu bəyan edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

"Suriyada bir neçə həftə əvvəl rusiyalılar layiqli düşmənlə üz-üzə gəldi və bir neçə yüz nəfər həlak oldu",- deyə Pompeo ABŞ dövlət katibi postuna təyinatı ilə bağlı Senatda keçirilən dinləmədə bildirib.

Pompeo konkret olaraq hansı hadisəni nəzərdə tutduğunu aydınlaşdırmayıb. Habelə siyasi şərhçilər məxfi xidmət orqanı rəhbərinin fevralda ABŞ-ın hava zərbələri nəticəsində həlak olan rusiyalılara eyham vurduğunu hesab edir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Raul · 13 Aprel 02:3110

    Pampeosan, pamperssən bilmirəm, ağıllı oll.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.