Dünya

Türkiyə təyyarələrinə hücum etmək istəyən qırıcı qəzaya uğradı - Egeydə GƏRGİN ANLAR

12 Aprel 2018 16:36
0 Şərh     Baxış: 2 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Egey dənizində yerləşən İskiri adasının yaxınlığında Yunanıstanın döyüş təyyarəsi qəzaya uğrayıb.

Bu haqda Yunanıstan Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.

Məlumata görə, "Mirage 2000-5" tipli təyyarə İskiri adasının 9 dəniz mili şimali-şərqində yerli vaxtla saat 12:15-də itib. Pilotun taleyi haqqında məlumat yoxdur, axtarış-xilasetmə işləri davam etdirilir.

Təyyarənin qəzaya uğramasının səbəbi hələ məlum deyil.

Türkiyə Silahlı Qüvvələri isə təyyarənin qəzaya uğradığı vaxtda bölgədə hər hansı türk qırıcısının olmadığını açıqlayıb.

Yunanıstan mətbuatı isə təyyarənin enmə zamanı düşdüyünü yazıb. "Proto Thema" qəzetinin yazdığına görə, yunan qırıcısı Türkiyə təyyarələrinin uçuşlarına maneə olmaq üçün Egey dənizində patrul keçiyi çəkən hava donanmasının tərkibinə daxil olub.

Dünən isə Türkiyənin "Yeni Şəfəq" nəşrinin yazarı, siyasi şərhçi İbrahim Karagül yazmışdı ki, Rusiyanın döyüş təyyarəsini vuraraq Türkiyəni Rusiya ilə müharibənin bir addımlığına gətirənlər eyni təxribatı Egey dənizində törədə bilərlər.

Onun sözlərinə görə, bənzər təxribatın yenə də FETÖ və atlantikçi dairələrin təlimatları ilə törədilə biləcəyinə dair şübhələr var. Yazar qeyd edir ki, ölkənin qərbində - Egey dənizində Türkiyə və Yunanıstan arasında yeni bir qarşıdurmanın fitili atəşlənə bilər./Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.