Dünya

Əlcəzairdə hərbi təyyarə qəzası: 257 nəfər öldü - YENİLƏNİB - VİDEO - FOTO

11 Aprel 2018 15:32
4 Şərh     Baxış: 5 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:32

Əlcəzairdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

APA-nın xəbərinə görə, Əlcəzair Dövlət Televiziyası qəza nəticəsində 257 hərbçinin öldüyü barədə məlumat yayıb.

Əlcəzair Müdafiə Nazirliyi qəza xəbərini təsdiqləsə də, ölənlərin sayı ilə bağlı hər hansı açıqlama verməyib.

---------
15:00

Milli.Az Algerie24-yə istinadən  bildirir ki, Əlcəzair Hərbi-Hava Qüvvələrinə məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 247 nəfər həlak olub.

12:27

Milli.Az Sky News Arabia-ya istinadən bildirir ki, İl-78 hərbi-nəqliyyat təyyarəsi Bufarik və Blida şəhərləri arasında qəzaya uğrayıb.

Əl Jazeera isə təyyarənin Bufarik şəhərindəki aerodromun yaxınlığında qəzaya uğrayaraq yerə düşdüyünü və partladığını vurğulayıb.

Hərbçiləri və hərbi texnikanı daşıyan təyyarənin qəzasında 200 nəfərin həlak olduğu barədə məlumatlar yayılır.

Hadisə yerinə 28 təcili yardım və 17 yanğınsöndürən avtomobil göndərilib.

Əlcəzairin paytaxtından 26 km aralıda olan Bufarikin hava limanına gedən yolların hamısı bağlanıb.

Əlcəzairin Müdafiə Nazirliyindən Əl Hədat-a verilən məlumata görə, təyyarədə olan hərbçilər və heyətdən sağ qalan yoxdur.

12:27

Milli.Az bildirir ki, Sputniknews-un son dəqiqə xəbərinə görə Əllcəzairə məxsus hərbi təyyarə qəzaya uğrayıb.

Qəzanın təfərrüatı barədə məlumat verilmir.

İlkin məlumata görə, hadisə nəticəsində 200 nəfər ölən var.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hərbi təyyarə qəzaya uğradı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.