Dünya

Braziliyada 22 nəfər həbsxanadan qaçmağa cəhd göstərərkən öldürülüb

11 Aprel 2018 08:10
0 Şərh     Baxış: 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın Belen şəhərində məhbuslar kütləvi şəkildə həbsxanadan qaçmağa cəhd göstəriblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Braziliyanın Para ştatının İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, başlayan atışma nəticəsində bir mühafizəçi və 22 məhbus həlak olub.

Braziliya Milli Məhkəmə Murasının məlumatına əsasən, 2018-ci ilin fevral ayında 432 nəfər üçün nəzərdə tutulan həbsxanada 660 məhbus olub. Hazırda həbsxanada olan məhbusların sayı dəqiqləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.