Dünya

Ata 2 yaşlı qızının başını kəsdi - dəhşətə gətirən səbəb - FOTO

6 Aprel 2018 10:56
11 Şərh     Baxış: 7 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada yaşayan 34 yaşlı Pakistan vətəndaşı dəhşətli cinayət törədib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, adı Sohail A olaraq qeyd olunan kişi həyat yoldaşını cəzalandırmaq üçün ayzaşlı qızının başını kəsib.

Sohail həyat yoldaşının onu polisə verməyinə və qızını Pakistana aparmağa qoymadığına əsəbləşib və 2 yaşlı qızının başını mətbəx bıçağı ilə bədənindən ayırıb.

Polislər ilə birlikdə Hamburq şəhərindəki evinə qayıdan qadın qızını başsız vəziyyətdə görəndə dəhşətə gəlib.

Qızını öldürən ata saxta pasportla İspaniyaya qaçıb. Lakin 1 həftə sonra ispan polislər tərəfindən saxlanılan Sohail Almaniyaya deportasiya edilib.

Bu gün Sohailin məhkəməsi keçirilib. O, qızını öldürdüyünü etiraf edib və bunu arvadına əsəbləşdiyinə görə etdiyini dilə gətirib.

Qeyd edək ki, Sohail 2011-ci ildə Pakistandan Almaniyaya gələrək sığınacaq istəyib. Bir neçə ay sonra onun ərizəsi qəbul edilməyib və deportasiya edilməsi qeyd olunub. Lakin, onu deportasiya edən olmayıb. O, bu ərəfədə xanımı ilə tanış olub və 2 övladı dünyaya gəlib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.