Dünya

Sinqapur təyyarəsi geri qayıtdı - Partlayış təhlükəsi

5 Aprel 2018 14:07
0 Şərh     Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sinqapurun "Scoot" büdcə aviaşirkətinin təyyarəsi havaya qalxdıqdan sonra hava limanına geri qayıtmalı olub. Təyyarə Tailanda uçuş həyata keçirirmiş.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna təyyarənin göyərtəsində partlayış təhlükəsi səbəb olub.

Qeyd olunur ki, uçuş zamanı sərnişinlərdən biri partlayış təhdidi edib. Pilotlar təyyarəni Sinqapur hava limanına geri qaytarmağı qərara alıb. Geri istiqamətdə sərnişin təyyarəsini Sinqapur qırıcıları müşayiət edib.

Təyyarə eniş etdikdən sonra axtarış başlayıb. Digər təfərrüatlar barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.