Dünya

ABŞ-ın hərbi vertolyotu qəzaya uğradı

4 Aprel 2018 10:03
0 Şərh     Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dəniz piyada korpusuna məxsus vertolyot Kaliforniyanın cənubunda, El-Sentro şəhərində qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 ekipaj üzvünün həlak olduğu ehtimal edilir.

"CH-53E Super Stallion" helikopterinin standart təlim zamanı qəzaya uğradığı bildirilsə də, hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Fakt araşdırılır. Ekipaj üzvlərinin axtarışına başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.