Dünya

İspaniyada filləri daşıyan yük maşını aşdı

3 Aprel 2018 13:14
0 Şərh     Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın şərqindəki Albasete əyalətində sirk fillərini daşıyan yük maşını aşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində heyvanlardan biri ölüb, ikisi isə xəsarət alıb.

Qeyd olunur ki, qəza yük maşınının ötmə əməliyyatı keçirməsi zamanı baş verib. Yük maşınında 5 fil daşınırmış. Digər iki fil xəsarət almayıb.

Qaldırıcı kranlar vasitəsilə yol təmizləndikdən sonra nəqliyyatın hərəkəti bərpa olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.