Dünya

Afrin şəhidinin son sözü ürək dağladı - WhatsApp yazışması üzə çıxdı - VİDEO - FOTO

3 Aprel 2018 11:18
1 Şərh     Baxış: 3 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrin əməliyyatı zamanı şəhid olan tibbi personalın əməkdaşı Burak Tatarın (23) dostuna yazdığı mesaj üzə çıxıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatı zamanı dünən saat 17:25-də əsgərləri daşıyan hərbi maşının terrorçuların yola döşədiyi minaya düşməsi nəticəsində həyatını itirən Burakdan əlavə 3 hərbçi yaralanıb.

Burak Tatarın iş yoldaşlarıyla yaratdıqları WhatsApp qrupundakı son yazışmaları ortaya çxıb. Qrupda "Mən Afrinə gedirəm, mənə nə" deyən Burak Tatara dostu "Belə danışma, üzüldüm. Demə elə, bəs mən kimlə işləyəcəm" cavabını verib. Bundan sonra Tatar "Gələcəm, bəlkə də şəhid olduq. O zaman siz dəfnimizə gələrsiniz. Allah bilir" ifadələrini qeyd edib. Ağlayacağını deyən dostuna Burak Tatar "Kaş ki, elə bir zirvə qismət olsa. Qardaş, çoxlu dua et" deyib.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Afrin şəhidinin son sözü ürək dağladı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.