Dünya

Rusiya qərar verdi: Ermənistanda böyük hərbi təlimlər başladı

2 Aprel 2018 12:12
10 Şərh     Baxış: 3 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının bölmələrinin hərbçiləri Alagöz yüksək dağlıq poliqonunda keçirilən təlimlərdə iştirak edirlər.

Milli.Az report-a istinadən xəbər verir ki, ikitərəfli taktiki təlimlərə mindən çox hərbçi, təqribən, 300 ədəd hərbi texnika, o cümlədən qırıcı təyyarələr, ordu və pilotsuz aviasiya cəlb olunub.

Hərbçilər bir həftə ərzində artilleriya, hava hücumundan müdafiə və aviasiyanın dəstəyi ilə kəşfiyyat-zərbə konturlarının tərkibində taktiki gedişlər üzərində işləmək niyyətindədir. Manevrlərə həmçinin pilotsuz uçan aparatlar da cəlb ediləcək.

Təlimlər zamanı hərbçilər qayalı yüksək dağlıq yerlərdə sürücülük, atış silahlarından, minaatanlardan döyüş atışları həyata keçirmə, piyadaların döyüş maşınlarının, tankların, artilleriya və zenit-raket komplekslərinin silahlandırılması üzrə təlim-zaçot yerinə yetirəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.