Dünya

Peru parlamenti ölkə prezidentinin istefasını qəbul edib

23 Mart 2018 20:33
0 Şərh     Baxış: 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peru parlamenti ölkə prezidenti Pedro Pablo Kuçinskinin istefasını qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün yeni dövlət başçısının inauqurasiya mərasimi keçiriləcək. Ölkəyə bundan əvvəl birinci vitse-prezident postunu tutan Martin Viskarra başçılıq edəcək.

Martın 15-də Peru parlamenti prezident Kuçinskinin impiçmenti prosesinin başlanmasının lehinə səs verib. Martın 21-də Kuçinski istefa ərizəsini  parlamentə təqdim edib.

Qeyd edək ki, Braziliyanın "Odebrecht" tikinti şirkətinin Peru ərazisində korrupsiya sxemləri tətbiq etməsi Peruda böyük qalmaqala səbəb olub. 77 yaşlı Pedro Pablo Kuçinski 2016-cı ildə Peruda keçirilən prezident seçkilərinin 2-ci turunda qalib gəlmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.