Dünya

Fransada insanları girov götürən terrorçu öldürülüb - YENİLƏNİB

23 Mart 2018 18:56
0 Şərh     Baxış: 1 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:56

Fransanın Treb şəhərində supermarketə hücum etmiş terrorçu öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Fransanın daxili işlər naziri Jerar Kolon öz "Twitter" səhifəsində yazıb. O bildirib ki, insanları girov götürmüş terrorçu güllələnib.

Danışıqlar nəticə vermədikdən sonra xüsusi təyinatlı dəstələr əməliyyat keçirib və terrorçu ləğv edilib.

Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

-----------

18:12

Milli.Az Trend-ə istinadən bildirir ki, ən son məlumatlara görə, insident nəticəsində girovluqda olan 3 şəxs həyatını itirib.

---------

15:52

Fransanın cənubundakı Karkason şəhərində naməlum şəxs xüsusi xidmət orqanı əməkdaşına atəş açıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər yaralanıb.

Bundan başqa, Od departamentində silahlı şəxs supermarketdə insanları girov götürüb. Hadisə nəticəsində bir nəfərin öldüyü barədə məlumatlar var.

Polis insanların girovluqdan azad olunması üçün ərazini mühasirəyə alıb.

Girov götürən şəxs özünün İŞİD-ə aid olduğunu bəyan edib.

Fransa prokurorluğu faktla bağlı cinayət işi açıb.

XXX

Fransa KİV-lərinin məlumatına görə, girovluqda olan insanlar azad edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.