Dünya

Türkiyə kəşfiyyatı: Ölkəyə iki minə yaxın terrorçu daxil olub

23 Mart 2018 16:24
0 Şərh     Baxış: 1 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə kəşfiyyatı ölkə ərazisinə İraqın şimalından iki minə yaxın terrorçunun daxil olduğunu bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, PKK terror təşkilatına mənsub şəxslərin Türkiyəyə daxil olması barədə məlumatlar Silahlı Qüvvələrə ötürülüb.

Qeyd olunur ki, terrorçular Türkiyənin cənub-şərqindəki Hakkari və Şırnak vilayətlərinin ərazisinə daxil olub.

Xatırladaq ki, PKK ilə Türkiyə ordusu arasında silahlı mübarizə 30 ildən çoxdur ki, davam edir. Bu müddət ərzində 40 mindən çox adam münaqişənin qurbanı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.