Dünya

Ölən anasının kişi olduğunu öyrənən qıza canlı yayımda ikinci ŞOK - VİDEO

23 Mart 2018 18:45
8 Şərh     Baxış: 10 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölən anasının kişi olduğunu öyrənəndə şok olan Tansu adlı gənc qız aradan 1 il keçdikdən sonra ikinci bir şok yaşayıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Tansunun 1994-cü ildə hələ iki günlük körpəykən xəstəxanada anasının yanından oğurlandığı iddia edilib.

Müge Anlının proqramında gündəmə gələn ağılagəlməz olay belə ortaya çıxıb: Keçən ilin 8 mart tarixində İstanbulda yaşayan və 'Handan' adlı bir butiki işlədən Şükran Aktaş (60) qəfil pisləşərək Silivri Dövlət Xəstəxanasına qaldırılıb. Aktaş bütün müdaxilələrə rəğmən dünyasını dəyişib. Həkimlər Aktaşın ölümünü şübhəli hesab edərək cəsədi müayinə ediblər. Bu zaman Aktaşın kişi olduğu ortaya çıxıb. Bu ilginc vəziyyəti Aktaşın əri və 22 yaşlı qızına bildiriblər. Qızı bu xəbərdən şok olub. Aktaşın əri: "Necə ola bilər, mənim ərim qadındır" deyə cavab verib.

Ölən Şükran Aktaşın əri və qızı başqa bir həqiqəti tibb məntəqəsində öyrəniblər. Rəfiqəsi olduğu deyilən Handan Kaya adlı qadının çantasından çıxan Şükran Aktaşın kimliyi də başqa bir qadına aid imiş. Aparılan araşdırmalarda ölən qadının əsl adının Nail Ç. olduğu, saxta diplomla xəstəxanalarda tibb bacısı kimi işlədiyi üzə çıxıb.

Müge Anlının proqramına qatılan Aysel Başar adlı qadın "1994 -cü ilin 28 fevralında Çorlu Dövlət Xəstəxanasında qız övladım dünyaya gəldi. Uşağım xəstəxanda oğurlandı. Tansu mənim qızım ola bilər" deyib.

Qız DNT testinə icazə verib. Nəticələr gözlənilir.

Videonu izləmək üçün şəklə klikləyin:
Ölən anasının kişi olduğunu öyrənən qıza canlı yayımda ikinci ŞOK

Məhəmməd Vaqif

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.